
Ucarda piyadanı maşın vurdu.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Alpout kəndi ərazisində baş verib.
Yolu keçmək istəyən 1995-ci il təvəllüdlü piyada Səfərov Sənan Telman oğlunu minik avtomobili vuraraq, ona müxtəlif bədən xəsarətləri yetirib.
Yaralı piyadaya öncə rayon xəstəxanasında zəruri tibbi yardım göstərilib, daha sonra isə o Göyçay xəstəxanasına köçürülüb.
Faktla bağlı araşdırma aparılır.