
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Petreusun iddiasına görə, Rusiya Ukrayna müharibəsində uğur qazansa, Baltikyanı ölkəyə üz tutacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus Rusiya ilə bağlı yeni iddia ilə çıxış edib . Petreus iddia edib ki, Moskva Ukraynadakı müharibədə uğur qazansa, Avropadakı bir NATO ölkəsini, çox güman ki, NATO üzvü olan Baltikyanı ölkə olan Litvanı işğal edəcək.
Petreus iddia edib ki, Rusiya Litvaya Qərbin qətiyyətinin sınağı və ya daha geniş hücumun xəbərçisi kimi hücum edə bilər.
Petreus Rusiya prezidenti Vladimir Putinə “daim ikinci şans verdiyini” iddia etdiyi ABŞ prezidenti Donald Trampı da tənqid edib . Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Trampın sələfi Co Baydeni Ukrayna qüvvələrini lazımi səviyyədə silahlandıra bilmədiyi üçün hədəfə alıb.
Orxan