
Aİ diplomatiyasının rəhbəri Josep Borrell Gürcüstanda parlament seçkiləri ilə bağlı vəziyyəti şərh edib.
Gununsesi.info xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
Borrell Gürcüstanın siyasi qüvvələrini konstruktiv dialoqa çağırıb və vurğulayıb ki, siyasi spektr üzrə inklüziv təmas hazırda əsas məsələdir: “Avropa Şurasının noyabrın 17-də qəbul etdiyi nəticəyə əsasən, Avropa İttifaqı Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar aparmağa çağırır”.
Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabivşili “Gürcü Arzusu” partiyasının qalib gəldiyi ötən parlament seçkilərinin legitimliyini ümumilikdə tanımaqdan imtina edib.
Onun sözlərinə görə, səsvermə zamanı “ümumi saxtalaşdırma” və “ümumi səs oğurluğu” olub.