
Almaniya 2024-cü ildə beş mindən çox ukraynalıya girişi qadağan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Bild qəzeti yazır.
Məlumata görə, ilin əvvəlindən Almaniya 5935 Ukrayna vətəndaşını qəbul etməyib, bu, Almaniya hakimiyyətinin Avropa ölkəsinə girişindən imtina etdiyi ən böyük əcnəbilər qrupudur.
İkinci yerdə suriyalılar (4708 imtina) və əfqanlar (2396) olub.
Nəşr aydınlaşdırır ki, söhbət əvvəllər Almaniyada yaşamaq hüququ olmayan və ya əvvəllər bundan məhrum edilmiş miqrantlardan gedir. İmtinaların səbəbləri açıqlanmır.
Avqust ayında Almaniyanın Brandenburq federal əyalətinin baş naziri Dietmar Woidke Ukraynadan olan qaçqınlara müavinətlərin sonrakı ödənişlərini şübhə altına aldı və onları aktiv işə getməyə çağırıb.