
İsrail Müdafiə Qüvvələri (IDF) İranın hərbi potensialına zərbə endirib.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, indi Tehranın İsrail şəhərlərində uçan raketlər istehsal etmək qabiliyyəti xeyli azalıb.
İsrailin Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, İDF “dəqiq və güclü zərbə endirdi və bütün məqsədlərə nail oldu”.