Ağdamda evdə yanğın olub

  • By Günel
  • 27 Oktyabr 2024 16:40

Ağdam rayonunun Bənövşələr qəsəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, Ağdam rayonunun Bənövşələr qəsəbəsində ümumi sahəsi 66 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə, evə bitişik ümumi sahəsi 12 m² olan talvarın taxta atmaları və talvarın altında yığılan əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info