
Əfqanıstandakı Taliban hərəkatı qadınlara təkcə kişilərlə deyil, digər qadınlarla da açıq danışmağı qadağan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, yetkinlik yaşına çatmış qadınların digər yetkin qadınların səslərini eşitməsinə icazə vermələri qadağandır.
Qeyd edilib ki, əfqan qadınlarına başqa qadınların yanında ucadan Quran oxumağa belə icazə verilmir.
Taliban Əfqanıstanda 2021-ci ildə Amerika qoşunlarının ölkədən çıxarılmasından sonra hakimiyyətə gəlib.
Qeyd edək ki, Əfqanıstanda konstitusiya və cinayət məcəlləsinin fəaliyyəti dayandırılıb.