Dünya çempionatı: 1/4 finala yüksələn daha bir komanda bəlli olub

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 finala yüksələn daha bir komanda bəlli olub.

Gununsesi.info xəbər verir ki, 1/8 final matçında Fransa üzərində 1:0 hesabı ilə qələbə qazanan Mavritaniya növbəti raunda yüksəlib.

Bu yığmanın yarımfinala gedən yoldakı rəqibi Macarıstan seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə İngiltərə və Azərbaycan da adını 1/4 finala yazdırıb.

Gununsesi.info