
Sakit okeanda Meksikanın qərb sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 05:31-də qeydə alınan zəlzələnin episentri sahilyanı Puerto Vallarta şəhərindən 416 km qərbdə yerləşib. Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə “çox güclü” kimi qiymətləndirilir. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.