
Çinin Şandunq əyalətində kimyəvi zavodda partlayış olub.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisə zamanı azı beş nəfərin öldüyü, altı nəfərin itkin düşdüyü məlumdur. Xilasedicilər itkin düşənləri axtarır, fövqəladə vəziyyət elan edilib. Hadisə mayın 27-də Veyfan şəhərində yerləşən zavodun sexində partlayış baş verib. Partlayışın səbəbi hələlik məlum deyil. Sosial şəbəkələrində yayılan foto və videolarda qonşu evlərin pəncərələrinin zədələndiyi görünür. Şahidlərin sözlərinə görə, partlayışın səsi hadisə yerindən bir neçə kilometr aralıda eşidilib. Yerli ekologiya bürosu yaxınlıqdakı ərazilərin sakinlərinə qoruyucu maskalar taxmağı tövsiyə edib.