
Bu gün İstanbul–Tbilisi marşrutu üzrə hərəkət edən “Turkish Airlines” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.
Bu barədə Gununsesi.info – ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Buna səbəb Gürcüstanın təyinat hava limanında havanın əlverişsiz olmasıdır. Təyyarə yerli vaxtla saat 21:06-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinlər uçuşla bağlı daha ətraflı məlumatı “Turkish Airlines” aviaşirkətinin nümayəndələrindən əldə edə bilərlər.