Dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi bilindi

Minifutbol üzrə Azərbaycan milli komandasının Bakıda keçirilən dünya çempionatının finalında rəqibi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv həlledici oyunda Macarıstanla üz-üzə gələcək.

Macarlar 1/2 final mərhələsində Serbiyanı əsas hissəsi qolsuz heç-heçə bitən matçın penaltilər seriyasında üstələyib – 3:1.

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyunun 1-də keçiriləcək. Milli Gimnastika Arenasında təşkil olunacaq görüş saat 20:00-da start götürəcək.

Gununsesi.info