
ABŞ-nin keçmiş prezidenti Co Bayden prostat xərçənginin müalicəsi üçün həblər qəbul etməyə başlayıb.
Gununsesi.info xəbər verir ki , o, bu barədə Delaverdə keçirilən tədbirdə bildirib .
“Hər şey həb qəbul etməkdən irəli gəlir. Altı həftəlik bir xüsusi həb, sonra başqa bir həb… Heç bir orqan təsirlənmir. Sümüklərim güclüdür” – deyə Bayden qeyd edib.
O, həmçinin xərçəng xəstəliyinin öhdəsindən uğurla gələn tanınmış cərrahın nəzarəti altında olduğunu bildirib. Keçmiş siyasətçinin sözlərinə görə, sağalma proqnozu müsbət olaraq qalır.
Co Bayden zarafatla onun fiziki və əqli sağlamlığını şübhə altına qoyan “Prezident Baydenin tənəzzülü” kitabının müəlliflərini döyə biləcəyini deyib.
“Görürsünüz, mən əqli cəhətdən bacarıqsızam və yeriyə bilmirəm, amma mən onların hər ikisini (kitabın müəlliflərini) ölümcül döyə bilərdim” – deyə Bayden istehza ilə qeyd edib.
Mayın 18-də Baydenə sümüklərinə yayılmış prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub.