Ən yüksək bal toplayan tələbə bu ixtisasda oxuyur

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini açıqlayıb.

İmtahan nəticələrinə görə, imtahanda ən yüksək bal toplayan 3 nəfərdən biri Dilşad Musayevadır.

Gununsesi.info xəbər verir ki, o, Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.

Dilşad Universitetin riyaziyyat müəllimliyi ixtisasında təhsil alır.

İmtahanda 95,5 bal toplayan Dilşad saytımıza açıqlamasında bildirib ki, magistraturada informasiya texnologiyaları üzrə təhsil almaq istəyir.

Gununsesi.info