
Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında Monteneqro yığmasına 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanmaları barədə jurnalistlərə açıqlamasında deyib.
O, Milli Gimnastika Arenasında komandaya dəstək olan azarkeşlərə təşəkkür edib:
“Çox gözəl hisslərdir. Şükürlər olsun ki, final matçı oynayacağıq. Bütün futbolçularımızın əlləri, qolları var olsun. Bu gün bizdən xoşbəxti ola bilməz”.
Qeyd edək ki, həlledici görüş iyunun 1-də təşkil olunacaq.
Gununsesi.info