
Ukraynada Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi dəyişdirilib.
Gununsesi.info “RBK Ukrayna”ya xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
Məlumata görə, Zelenski Uşaqların Müdafiəsi Gününü 20 Noyabr – Ümumdünya Uşaqlar Gününə keçirmək qərarına gəlib.
Əvvəllər Ukraynada Uşaqlar Günü hər il yayın ilk günü – 1 iyunda qeyd olunurdu.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü hələ 1949-cu ilin noyabrında təsis edilib.