Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb - FOTOLAR

  • By Günel
  • 02 Aprel 2025 08:10

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.

Gununsesi.info xəbər verir ki, Sarıcalı kəndinə daha 28 ailə (110 nəfər), o cümlədən: Bərdə rayonundan 11 ailə (39 nəfər); Bakı şəhərindən 9 ailə (41 nəfər); Mingəçevir şəhərindən 3 ailə (13 nəfər); Ağcabədi rayonundan 1 ailə (4 nəfər); Ağdam rayonundan 1 ailə (4 nəfər); Ucar rayonundan 1 ailə (4 nəfər); Gədəbəy rayonundan 1 ailə (3 nəfər); Yevlax şəhərindən 1 ailə (2 nəfər) yola salınıb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 37-yə (146 nəfər) çatıb.

Gununsesi.info