Turist vulkanın içinə düşüb

  • By Admin2
  • 24 İyun 2025 16:56

İndoneziyada Rinjani vulkanında təxminən 500 metr hündürlükdən yıxılan turistdən xəbər yoxdur. Üç gündür yeməksiz, susuz qalan gənc qadına çatmaq üçün vertolyotlar vəzifə yerinə yetirsə də, komandalar duman və sərt relyefə görə irəliləməkdə çətinlik çəkir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İndoneziyada Rinjani vulkanında təxminən 500 metr hündürlükdən yıxılan turistdən xəbər yoxdur. Üç gündür yeməksiz, susuz qalan gənc qadına çatmaq üçün vertolyotlar vəzifə yerinə yetirsə də, komandalar duman və sərt relyefə görə irəliləməkdə çətinlik çəkir.

İndoneziya səlahiyyətliləri, axtarışların kritik bir mərhələyə girdiyi bir vaxtda gənc qadını xilas etmək üçün üç ordu helikopteri yerləşdirib.

Park rəsmiləri sosial mediada bildiriblər ki, xilasedicilər şənbə günü Juliana Marinsin kömək çağırışını eşidiblər.

Bildirilib ki, qadın sağ-salamatdır, lakin qışqırıqlar eşidiləndə şokda olduğu görünür. Alpinistlərin çəkdiyi videolarda da gənc qadının sağ olduğu görünür.

Kadrlarda onun boz torpaqda, gediş zolağından xeyli aşağıda oturub hərəkət etdiyi görünür.

Orxan

Gununsesi.info