Həbib azərbaycanlı nazirlərlə bir arada - FOTO

  • By Günel
  • 23 İyun 2025 20:28

Tanınmış rusiyalı MMA ulduzu, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov azərbaycanlı nazirlərlə görüşüb.

Gununsesi.info xəbər verir ki, tanınmış idmançı iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə xatirə fotosu çəkdirib.

Azərbaycana səfərindən fotoları instaqram hesabında paylaşan Həbib burada gördüyü xoş münasibət üçün ölkəmizə təşəkkürünü bildirib.