
“Prezident Donald Tramp İranın teokratik rəhbərliyini devirmək ehtimalını gündəmə gətirsə də, ABŞ-nin Yaxın Şərqdəki addımları dəyişməyib”.
Gununsesi.info xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.
“Prezident sadəcə bir çox insanın verdiyi sualı qaldırdı, dedi ki, əgər onlar diplomatik danışıqlardan imtina edirlərsə, niyə İran xalqı bu qəddar terrorçu rejimə qarşı ayağa qalxmasın?”, – ABŞ rəsmisi qeyd edib.