Türkiyədə vəkillərin kütləvi etirazı…

  • By Günel
  • 23 İyun 2025 20:07

Martın 23-də həbs edilən CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan üçün Çağlayan Ədliyyəsində yüzlərlə vəkil bir araya gəlib. Vəkillər həbsə etiraz edərək, birlikdəƏdalət, hüquq, qanun” şüarları səsləndiriblər. Ədliyyə qarşısında edilən mətbuat açıqlamasının ardından polis qruplarının barrikadaları yürüşə çıxmaq istəyən vəkillərin qarşısını aldı.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-nin prezidentliyə namizədi, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun 9 mart əməliyyatında həbs edilən vəkili Mehmet Pehlivanın həbsi ilə bağlı Türkiyə Vəkillər Kollegiyaları Birliyi və İstanbul Vəkillər Kollegiyasının rəhbərliyi ilə Çağlayandakı İstanbul Ədliyyəsi qarşısında etiraz ediblər.

Pehlivanın həbsinə etirazın ardından edilən açıqlamada, bütün konstitusiya qurumları və dövlət məmurları Konstitusiyaya hörmət etməyə çağırılıb. Məhkəmə binasına toplaşan vəkillər “müdafiə susmadı, susmayacaq”, “haqq, qanun, ədalət” şüarlarını alqışlarla qarşılayıb.

Ədliyyə binası qarşısında  İstanbul Vəkillər Kollegiyasına yürüş etmək istəyən vəkillər polis barrikadası ilə qarşılaşıblar…

Təhlükəsizlik qüvvələrinin qurduğu barrikada yürüşün qarşısını alıb.

Polis barrikadasından sonra gərginlik artdıqca, vəkillər məhkəmə binasına qayıtmağa və meqafon vasitəsilə edilən elanla heykəlin qarşısında oturaq aksiyaya başlamağa çağırılıb.

Çağırışa cavab verən bir çox vəkil məhkəmə binasına qayıdıb və heykəl önündə səssiz oturaq aksiyaya başlayıb.

Günel 

Gununsesi.info