İran-İsrail münaqişəsi iki il davam edə bilər

  • By Günel
  • 23 İyun 2025 22:12

İran hesab edir ki, İsrail və onun müttəfiqləri ilə münaqişə iki il davam edə bilər və Tehran buna hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN-ə adının açıqlanmasını istəməyən iranlı rəsmilərdən biri danışıb.

“İran hakimiyyətinin fikrincə, hərbi əməliyyatların müvəqqəti dayandırılması çağırışları “İranın müharibəni davam etdirməyə hazırlığını qiymətləndirmək üçün diversioner manevrdən” başqa bir şey deyil. Mənəvi əhval-ruhiyyə yüksəkdir və İran xalqının İsrailə zərbə endirmək tələbi misilsizdir”, – mənbə bildirib.

 

Gununsesi.info