
İsrail kəşfiyyatının İran hərbi rəsmilərinə qarşı hədə-qorxu kampaniyası, generalların ailələrinin həyatına təhdidləri əks etdirən səs yazıları ilə ifşa edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu İrana qarşı ilk hücum dalğasını iyunun 13-də başlayıb.
Hücumdan bir neçə saat sonra yüksək səviyyəli hərbi liderlər və nüvə alimləri həlak olub.
Hücumlardan əvvəl İsrail kəşfiyyatının yüksək rütbəli İran rəsmilərini qorxutmaq məqsədi daşıyan gizli psixoloji əməliyyatı həyata keçirib.
İsrail təhlükəsizlik xidmətlərində çalışan şəxslər mobil telefonları ilə İran rəsmilərinə zəng edərək, rejimə dəstək verməyə davam etsələr, onları ölümlə hədələyirlər. Mənbələrdən biri 20-dən çox məmurun çağırıldığını bildirib.
Amerikanın “Washington Post” qəzeti bu çağırışlardan birinin 13 iyunda, İsrailin İrana qarşı bombardman kampaniyasına başladığı gün edilən səs yazısını əldə edib.
İsrailli kəşfiyyatçı iranlı generalla görüşündə bu ifadələri işlədir:
“İndi deyirəm, qaçmağa 12 saat vaxtınız var. Arvad-uşağınla get. Yoxsa, indi siyahımızdasan”.
O, generalın və ailəsinin İsrailin hədəfi olduğuna da eyham vuraraq, “Biz sənə boynundakı məsafədən də yaxınıq. Bunu başının içinə sox. Allah səni qorusun” deyib.
Orxan