
İsrail mediası xəbər verir ki, İsrail Müdafiə Qüvvələri İranın qərbində İnqilab Keşikçiləri Qvardiyasının hədəflərinə hücumları davam etdirir.
Tehranın şərqində və şimal-şərqində sakinlər partlayış səsləri eşitdiklərini, İran mediası isə paytaxtın hava hücumundan müdafiə sisteminin işə salındığını bildirib.
***
22:27
İsrail bir neçə saat əvvəl Tehrana münaqişə başlayandan bəri ən genişmiqyaslı hücumlarını həyata keçirib.
Gununsesi.info xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Efi Defrin bildirib.
“İsrail Ordusu bu dəfə İranın daxili təhlükəsizlik aparatının qərargahına və İslam İnqilabı Keşikçiləri Korpusunu hədəfə alıb”, – Defrin qeyd edib.
İsrail Müdafiə Qüvvələri İranın paytaxtında İnqilab Keşikçiləri Korpusunun “Tər-Allah” qərargahına edilən hücumdan sonrakı görüntüləri yayıb.
Xatırladaq ki, İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb.