
İran İsrailə raket zərbəsi endirib. İsrailin cənubunda və Tel-Əvivdə sirenlər səslənib. İkinci dalğa ölkənin şimalını hədəf alıb. Üçüncü dalğa davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın İsrailə raket hücumundan az sonra İsrail əks hücuma keçdi. İsrail hərbi hava qüvvələri yeddi şəhəri vurduqdan sonra Tehranda siyasi məhbusların saxlanıldığı Evin həbsxanasını hədəfə alıb və Fordo nüvə obyektinə növbəti dəfə zərbə endirib.
İranın saat 10:14-də başlayan hücumuna İsrail ordusu cavab verməkdə gecikməyib. İsrail Tehranda Qızıl Aypara Cəmiyyətinin binasına zərbələr endirib. Bundan əlavə, İran İnqilabı Keşikçiləri Korpusunun bazası vurulub.
Bundan əlavə, İsrailin paytaxtı Tehrandakı Şəhid Beheşti Universiteti, İran Dövlət Televiziyasının binası, Energetika Nazirliyinin binası, Polis və Kəşfiyyat idarələri vurulub. Həndbol federasiyasının binası da hədəfə alınıb.
Bundan əlavə, Tehranın cənubunda və şimalında elektrik obyektlərinə ziyan dəyib və Tehranda elektrik enerjisi qısa müddətə kəsilib.
Amma ən diqqət çəkəni İranın siyasi məhbuslarının saxlandığı Evin həbsxanasına hücum olub.
Bu arada ABŞ-nin B-2 bombardmançı təyyarələri ilə hücumundan sonra İsrail ordusu Fordo nüvə obyektini vurduğunu bir daha elan etdi. Lakin bu ifadə sonradan “Fordo obyektinə gedən yol vuruldu” şəklində düzəldildi.
İsrail Fordo obyektinə giriş yolunu hədəf aldığını, buna görə də heç bir personalın zərəri qiymətləndirmək və ya yoxlama aparmaq üçün yola yaxınlaşa bilməyəcəyini söylədi.
MAQATE-nin rəhbəri Rafael Grossi bazar ertəsi deyib ki, ABŞ-nin bombardmanı İranın Fordo uran zənginləşdirmə obyektinə “çox əhəmiyyətli” ziyan vurub, lakin zərərin həcmini hələ heç kim bilmir.
Orxan