Trampın reytinqi aşağı düşdü

  • By Günel
  • 24 İyun 2025 08:59

Donald Trampın ABŞ prezidenti kimi bəyənilmə reytinqi 41%-ə düşüb.

Gununsesi.info xəbər verir ki, bunu “Reuters” agentliyi ilə “Ipsos” tədqiqat şirkətinin birgə keçirdiyi sorğunun nəticələri göstərib.

Ayın əvvəli ilə müqayisədə Trampın reytinqi 1% faiz bəndi aşağı düşüb.

Qeyd olunur ki, bu, Trampın ikinci prezidentlik dövründə ən aşağı göstəricidir.

Sorğu təxminən üç faiz bəndi səhv nisbəti ilə 1139 ABŞ vətəndaşı arasında aparılıb.

 

Gununsesi.info