Tədbirdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin həllinə xüsusi diqqət və qayğısı dərin minnətdarlıq hissi ilə qeyd edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 3 əməkdaşı – Zeynalov Təbriz Əmirxan oğlu, Xələfova Şəhla Əvəz qızı və Həsənova Sevgili Mehdi qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Təltif edilən şəxslər onlara etimad göstərildiyi və fəaliyyətləri ali səviyyədə qiymətləndirildiyi üçün dövlət başçısına təşəkkür edib, gələcək işlərini daha da səmərələri və effektiv quracaqlarını qeyd ediblər.

Daha sonra Komitənin sosial media fəaliyyətində fəallıq göstərən bir qrup əməkdaşa təşəkkürnamələr təqdim edilib. Sonda çıxış edən digər dövlət qulluqçuları həmkarlarını peşə bayramı münasibətilə təbrik edib, yaradılan iş şəraitinə və göstərilən etimada görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.