Hacı Taleh karsa salınıb - MƏHBUSLARIN SAYIMINA ÇIXMAYIB

  • By Admin2
  • 24 İyun 2025 13:00

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadə cərimə kamerasına (karser) salınıb.

Gununsesi.info-nun xəbərinə görə, Bağırzadə iyunun 19-da daxili qaydalara riayət etməmək ittihamı ilə 3 günlük, iyunun 22-də növbəti dəfə 5 günlük karserə salınıb.

Buna səbəb isə saxlanma şəraitinə etiraz edən dini liderin məhbusların sayımına çıxmaması olub.

Afət

Gununsesi.info