Bakıda yük avtomobili qadını vuraraq öldürdü

  • By Günel
  • 24 İyun 2025 09:17

Bakıda yük avtomobili qadını vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, 1975-ci il təvəllüdlü, İsmayılov Rövşən Mövlud oğlu idarə etdiyi “Mercedes Axor” markalı yük avtomobili ilə Binəqədi şosesi-DSK yolu şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info