Fransanın bütün çimərliklərində siqaret qadağası: Yeni qanun bütün ölkədə tətbiq olunacaq - FOTOLAR

  • By Günel
  • 20 İyun 2025 14:32

Fransa əhalinin sağlamlığını qorumaq üçün ölkədəki bütün çimərliklərdə siqaret çəkməyi qadağan etməyə hazırlaşır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yeni tənzimləmə bütün ölkədə tüstüsüz əraziləri məcburi edəcək.

Siqaret çəkmə qadağasında qabaqcıl addımlar atan şəhərlərdən biri olan Cagnes-sur-Mer, 2018-ci ildə bəzi sahil ərazilərində siqaret çəkməyən çimərliklər tətbiq etdi. 2023-cü ildən etibarən şəhərdəki bütün çimərliklər tüstüdən təmizlənmiş ərazilər elan edilib.

Yeni qanunla bu tətbiq bütün Fransada tətbiq olunacaq.

Günel

Gununsesi.info