AZAL-ın təyyarəsi bu səbəbdən Bakıya geri qayıdıb

  • By Günel
  • 23 İyun 2025 23:36

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Dammam marşrutu üzrə “J2 8205” nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

“Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Gununsesi.info