Türkiyədə zəlzələ oldu

  • By Günel
  • 24 İyun 2025 08:52

Səhər saatlarında Türkiyənin Adana bölgəsinin Saimbeyli rayonunda zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.

Yeraltı təkanlar yerli vaxtla 07:09-da (Bakı vaxtı ilə 08:09-da) 4.5 maqnitudada qeydə alınıb.

Zəlzələ ətraf rayonlarda da hiss edilib.

Dağıntı və insan itkisi ilə bağlı hələlik məlumat yoxdur.