
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info -nun məlumatına görə, hadisə Tovuz rayon idman kompleksinin qarşısındakı yolda qeydə alınıb.
Həmin ərazidə hərəkətdə olan VAZ-2017 markalı avtomobil qarşıdan gələn “Opel” markalı maşınla toqquşub.
Hadisə nəticəsində hər iki avtomobildə olan 1982-ci il təvəllüdlü Akif Əliyev, 1978-ci il təvəllüdlü Eldar Ələsgərov, 2006-cı il təvəllüdlü Babək Huseynov, 2006-cı il təvəllüdlü Rafiq Qasımov, 2009-cu il təvəllüdlü Hüseyn Abdullayev və 2020-ci il təvəllüdlü Rüstəm Rüstəmov xəstəxanaya yerləşdiriliblər.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə məqsədi ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.