
Ağ Evin yaxınlığında aşkarlanan şübhəli avtomobil bütün şəhəri həyəcan vəziyyətinə salıb. Lakin araşdırmalardan sonra ərazinin təhlükəsiz olduğu məlum olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-də Məxfi Xidmət və Böyükşəhər Polis Departamentinin əməkdaşları Ağ Evin binası yaxınlığında şübhəli avtomobil barədə xəbərdarlıq edilib, yaxınlıqdakı binalar isə boşaldılıb.
Amerika mətbuatında çıxan xəbərlərə görə, təhlükəsizlik qüvvələri paytaxt Vaşinqtonda şübhəli bir avtomobillə bağlı xəbər aldıqdan sonra hərəkətə keçib.
Məxfi Xidmət və Metropoliten Polis Departamentinin rəsmiləri Ağ Evin yaxınlığında park edilmiş avtomobili araşdırarkən, ehtiyat tədbiri olaraq yaxınlıqdakı binalar boşaldılıb və ərazidəki yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Səlahiyyətlilər hadisə yerinə bomba zərərsizləşdirmə qruplarının göndərildiyini və araşdırmalardan sonra ərazinin təhlükəsiz olduğunu açıqladı.
Təhlükəsizlik probleminin olmadığı aydınlaşınca yollar yenidən nəqliyyata açılıb.
Orxan