
İran yenidən İsrailə hücum edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) mətbuat xidməti öz Telegram məlumat yayıb.
Bildirilir ki, hücumun dəf edilməsində İsrail Hərbi Hava Qüvvələri və hava hücumundan müdafiə mütəxəssisləri iştirak edir.
Hava hücumu sirenlərinin işə düşdüyü bölgələrdə yaşayan İsrail vətəndaşlarına sığınacaqlara getmək çağırışı edilib.
İrandan atılan raketlərdən biri İsrailin cənubunda yerləşən Beer-Şeva şəhərində yaşayış binasına düşüb. Nəticədə azı 3 nəfər ölüb. 7 nəfər yaralanıb.
İyunun 24-nə keçən gecə ABŞ prezidenti Donald Tramp münaqişə tərəflərinin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. İranın xarici işlər naziri Əbbus Əraqçi bildirib ki, əgər İsrail Tehran vaxtı ilə saat 04:00-dan sonra İrana zərbələr endirməyi dayandırsa, Tehran cavab hücumlarına başlamayacaq.