Dünyanın ən təhlükəsiz ölkəsi

  • By Günel
  • 23 İyun 2025 15:49

Rusiya-Ukraynanın ardınca İsrail və İran arasındakı gərginlik bir çox insanlarda narahatlığı yaradıb. Vətəndaşların qorxuları günü-gündən artarkən, dünyanın ən təhlükəsiz ölkəsi açıqlanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hava əməliyyatlarından sonra təhlükəsizlik məsələləri yenidən dünya ictimai rəyində əsas prioritet olub.

Qəzza böhranı və Ukraynadakı münaqişələr hələ də davam edərkən, qlobal miqyasda təhlükəsizlik axtarışları daha da əhəmiyyət kəsb edib.

Mütəxəssislər regional böhranların birləşərək qlobal müharibəyə yol aça biləcəyi barədə xəbərdarlıq etsə də, bu mühitdə sülhün və sabitliyin davam etdiyi ölkələr diqqət mərkəzində saxlanılıb.

İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hər il hazırlanan Qlobal Sülh İndeksi (GPI) 163 ölkəni siyasi sabitlik, daxili münaqişələr, cinayət nisbətləri və hərbi təhlükəsizlik kimi meyarlara görə qiymətləndirib.

Qeyri-kommersiya və qərəzsiz bir qurum olan İnstitut sülh səviyyəsini insanların rifahının əsas göstəricilərindən biri hesab edir.

Son hesabata görə, İslandiya növbəti dəfə siyahıya başçılıq edir. Bu, ölkənin sabit strukturu, aşağı cinayətkarlığı və xarici siyasətdə neytral mövqeyi sayəsində əldə etdiyi uğur kimi şərh olunur.

Siyahıda Avropa ölkələri öndə

Siyahıda Avropa ölkələrinin ağırlığı diqqəti çəkdi. İlk 10-luqda 7 Avropa ölkəsinin olması qitənin, ümumiyyətlə təhlükəsiz hesab edildiyini göstərir.

Qlobal Sülh İndeksinə görə, dünyanın ən təhlükəsiz 20 ölkəsi aşağıdakılardır:

 

  1. İslandiya
  2. Avstriya
  3. İrlandiya
  4. Yeni Zelandiya
  5. Sinqapur
  6. İsveçrə
  7. Portuqaliya
  8. Danimarka
  9. Sloveniya
  10. Malayziya
  11. Kanada
  12. Çexiya
  13. Finlandiya
  14. Macarıstan
  15. Xorvatiya
  16. Belçika
  17. Yaponiya
  18. Hollandiya
  19. Avstraliya
  20. Almaniya.

Günel

Gununsesi.info