Serbiya Prezidenti: "Dəlilik bütün dünyaya yayılıb, heç kəsə etibar yoxdur"

  • By Günel
  • 24 İyun 2025 08:24

Serbiya Prezidenti Aleksandar Vuçiç bazar ertəsi günü İsrailin İrana hücumundan sonra Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar İsrailə silah-sursat satışını dayandırdığını elan edib.

Gununsesi.info xəbər verir ki. bu barədə Vuçiç Serbiya Ordusunun Baş Qərargahının paytaxt Belqradda geniş tərkibdə iclasından sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

Vuçiç vurğulayıb ki, Belqrad həm İsrail, həm də İranı Serbiyaya dost ölkələr hesab edir.

Serbiya prezidenti qeyd edib ki, ölkəsi hazırda İranla münaqişədə olan İsrailə sursat satışını dayandırmaq qərarına gəlib.

O, ölkəsinin Yaxın Şərqdə sülhə nail olmaq istəyini vurğulayıb: “İsrail və İran bizim üçün iki dost ölkədir. Yəhudi xalqına bu ölkədə həmişə hörmət edilib. Hər iki xalq bizim üçün dost xalqdır”.

Vuçiç ABŞ-nin İrandakı nüvə obyektlərinə endirdiyi zərbələrə toxunaraq deyib: “Beynəlxalq hüquq açıq şəkildə pozulub. Artıq ədalət və qaydalar yoxdur. Qərb Rusiyaya və ya başqasına ərazi bütövlüyü və dövlət suverenliyini necə öyrədə bilər? Hər kəs bu qaydaları pozub. Dünya tam xaosa doğru gedir. Hər kəs elə davranır ki, sanki başqasına hücum etmək hüququ var. Dəlilik bütün dünyaya yayılıb və artıq etibar olunası heç kəs yoxdur”.

 

Gununsesi.info