Britaniyalılar İsraildən təxliyə edilir

  • By Günel
  • 24 İyun 2025 08:17

Böyük Britaniya hökuməti İsrail və İran arasında qarşılıqlı raket atışmaları fonunda Təl-Əvivdən 63 vətəndaşını təxliyə edib.

Gununsesi.info xəbər verir ki, təxliyə reysi ötən gün günorta saatlarında Təl-Əvivin Ben Qurion Hava Limanından havaya qalxaraq, Kiprə enib.

Britaniya Parlamentində çıxışı zamanı Britaniya XİN rəhbəri Devid Lemmi İranı danışıqlara qayıtmağa çağırıb və ABŞ-nin İranın nüvə proqramına zərbələrindən sonra vəziyyətin gərginləşməsinin qarşısını almağın vacibliyini vurğulayıb: “Mənim Tehrana mesajım aydındır. Gərginliyi azaltmaq üçün addım atın, bu vəziyyəti yumşaldın və ABŞ-lə dərhal ciddi şəkildə danışıqlara başlayın. Əmin olun ki, biz öz əməkdaşlarımızı, infrastrukturumuzu və tərəfdaşlarımızın maraqlarını qorumağa hazırıq”.

Gununsesi.info