
Almaniya səfirliyinin əməkdaşları İrandan Azərbaycana təxliyə edilən Avropa Birliyi vətəndaşlarına dəstək vermək üçün bu gün yenidən Astara sərhəd-keçid məntəqəsində olublar.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyinin “X” hesabında yazılıb.
“Azərbaycan hakimiyyətinin Bakıda və sərhəddə göstərdiyi bütün dəstəyə görə minnətdarıq”, – paylaşımda qeyd olunub.