Bu gün ilin ilk Super Ay hadisəsi müşahidə olunur

  • By ilhame
  • 19 Avqust 2024 22:59

Avqustun 19-da saat 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunur.

 

Gununsesi.info-ya Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, bu gün Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361.969 kilometr olacaq.

 

Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür.

Gununsesi.info