Mingəçevirdə yaralı sürücü bir həftə sonra xəstəxanada vəfat etdi

  • By Günel
  • 12 İyun 2025 09:22

Mingəçevir şəhərində bir həftə öncə yol qəzasında ağır xəsarət alan sürücü xəstəxanada ölüb.

Gununsesi.info xəbər verir ki, iyunun 5-də şəhər avtovağzalının yaxınlığında baş verən qəzada “BMV” və “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə “BMV”nin sürücüsü, 1986-cı il təvəllüdlü İmran Zeynalov ağır yaralanmışdı. O, koma vəziyyətində xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info