
İndiyə qədər nəşr olunan ən çox tərcümə edilmiş uşaq kitablarından biri olan “Balaca şahzadə”nin makinada yazılmış nüsxəsi 1,25 milyon dollara satışa çıxarılacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 1940-cı illərdə “Balaca Şahzadə”nin müəllifi Antuan de Sent-Ekzüperinin saxladığı üç mətndən biri olduğu deyilən nüsxə noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Əbu-Dabi İncəsənət Festivalında satışa çıxarılacaq.
Mütəxəssislər bildirirlər ki, “Balaca Şahzadə” dünyada ən çox tərcümə olunan kitablardan biri kimi qlobal ədəbi irsin bir parçasıdır.
Qeyd edək ki, Sent-Ekzüperi İkinci Dünya Müharibəsi zamanı Nyu-Yorkda sürgündə yaşayarkən uşaqlar üçün fransız dilində “Balaca şahzadə” əsərini yazıb. Kitab 1943-cü ildə nəşr edilmişdir. “Kiçik Şahzadə” nəşr olunduğu gündən bütün dünyada milyonlarla tirajla satılıb.
Orxan Saffari