İlon Mask Kadırova “Cybertruck” hədiyyə edilməsini təkzib edib - Video

Amerikalı milyarder İlon Mask Çeçenistan rəhbəri Ramzan Kadırova “Cybertruck” hədiyyə edilməsini təkzib edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə milyarderə “hədiyyə” ilə bağlı sualı “New York Times” qəzetinin jurnalisti, siyasi şərhçi Set Abramson verib.

“Mən çaşmışam. West Point-dəki ABŞ Hərbi Akademiyası yenicə İlon Maskı natiq kimi dəvət etdi, Mask isə Amerikanın sanksiyaya məruz qalmış düşmənlərini hərbi istifadəyə hazır maşınlarla təmin edir? Niyə bu gün Amerikada ən böyük hekayə deyil? Niyə West Point ABŞ-a qarşı açıq şəkildə işləyən bir adama qulluq edir və onu əzizləyir?

“Sən o qədər geridə qalmısan ki, rus generalına Cybertruck verdiyimi düşünürsən? Təəccüblüdür!” -deyə Musk yazıb.

Xatırladaq ki, avqustun 17-də Kadırov Telegram kanalı vasitəsilə guya Maskdan “Tesla Cybertruck” aldığını və bu avtomobili işğalçılara göndərəcəyini vəd etdiyini bildirmişdi.

Jurnalist Set Abramson qeyd edib ki,  Mask “Amerikanın sanksiyaya məruz qalan düşmənlərini hərbi istifadəyə hazır maşınlarla təmin edir”.

Sosial şəbəkə istifadəçiləri isə bunun həm də Teslanın özünün qaydalarını pozduğunu və Cybertruck-un hərbi avtomobil olmadığını bildiriblər.

Qeyd edək ki, Kadırov İlon Maskı Qroznıya dəvət edib və onu “ən əziz qonağı” kimi qəbul edəcəyinə söz verib.

İş adamı isə bu dəvətə hələ cavab verməyib.

 

 

Şəbnəm

Gununsesi.info