
Florensiyada 14-cü əsrə aid olan və İkinci Dünya Müharibəsi zamanı belə zədələnməyən məşhur Ponte Vecchio üzərində adlarını yazan iki alman turist rekord məbləğdə cərimələnə bilər.
Şəhərin simvollarından olan və İkinci Dünya Müharibəsi illərində belə zədələnməyən körpünün üzərinə qara flomasterlə adlarını yazan iki turist polis tərəfindən saxlanılıb. 21 və 23 yaşlı Almaniya vətəndaşları polis bölməsinə aparılıb və barələrində qanuni tədbirlər görülüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ponte Vecchio körpüsünə adlarını yazan iki alman turisti 40 min avroya qədər cərimə gözləyir.
Florensiya Bələdiyyəsi şəhərə hörmət əlaməti olaraq çəkindirici cəzanın verilməsinin tərəfdarı olduğunu bildirib. Bələdiyyənin təhlükəsizlikdən məsul üzvü Andrea Giorgio “Florensiyaya gələn hər kəs şəhərin abidələrinə və florensiyalılara hörmət etməlidir”, – deyə bildirib.
Günel
Gununsesi.info