TikTok fenomeni tutuquşu Ginnesin Rekordlar Kitabına düşdü

  • By Günel
  • 19 Avqust 2024 12:05

Sosial media fenomeni olan boz tutuquşu üç dəqiqə ərzində əç çox obyekti müəyyən edən tutuquşu kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Apollonun TikTok-da 2,8 milyon, YouTube-da isə 1,3 milyon izləyicisi var.

Amerikalı Dalton və Victoria Mason cütlüyü 4 yaşlı boz tutuquşuya 2020-ci ildən bəri təlim keçirlər.

Belə ki, Apollon 13 dekabr 2023-cü ildə 3 dəqiqə ərzində böcəklər, kitablar və corablar kimi 12 şeyin adını çəkərək, dünya rekorduna imza atıb.

Mason cütlüyü “Məqsədimiz heyvanların təbii zəkaları ilə bağlı maarifləndirməkdir” ,-  deyə bildiriblər:

“Ümid edirik ki, “quş beyni” ifadəsinin mənasını dəyişəcəyik”,- deyə əlavə ediblər.

TikTok fenomeni papağan, Guinness Dünya Rekoru'nu kırdı

Boz tutuquşular ən yüksək intellektə malik heyvan növlərindən biridir. Əvvəlki araşdırmalar boz tutuquşuların ən azı 5 yaşlı uşaqların idrak səviyyəsində olduğunu göstərib.

Mason cütlüyü tutuquşularını məşq edərkən, Dr. O, İrene Pepperberqin metodlarından yararlandığını və Apollonun sevimli yeməyi olan püstədən istifadə etdiklərini deyib.

 

Günel

Gununsesi.info