
ABŞ prezidentliyinə keçmiş müstəqil namizəd Robert Kennedinin ailəsi onun Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizədi Donald Trampı dəstəkləməsini pisləyib və onu xəyanət kimi qiymətləndirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Qeyd olunur ki, siyasətçinin bacısı Kerri Kennedi vitse-prezident Kamala Harris və Minnesota qubernatoru Tim Valzın “ailəmin illərdir mübarizə apardığı dəyərlərin çempionu” olduğuna inanır.
Onun fikrincə, Donald Tramp onların tam əksidir. O, onu “əsas azadlıqların əksəriyyəti üçün təhlükə” adlandırıb.
Kerri Kennedi də qardaşının Trampı dəstəkləməsindən “qəzəbləndiyini və ikrah hissi keçirdiyini” deyib.
Newsweek-in məlumatına görə, Kerri və Kennedi ailəsinin digər dörd üzvü Robertin eks-prezidenti dəstəkləməsini “ailə dəyərlərinə xəyanət” adlandırıblar.
Qeyd edək ki, Robert Kennedi iyulun 23-də kampaniyasını dayandırıb.
İlhamə
Gununsesi.info