“Qarabağ”ın rəqibi Bakıya qələbə ilə gəlir

  • By ilhame
  • 25 Avqust 2024 10:59

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Zaqreb “Dinamo”su Bakıya qələbə ilə gələcək.

 

Gununsesi.info xəbər verir ki, komanda Xorvatiya çempionatında növbəti matçını keçirib.

 

“Qoritsa” ilə üz-üzə gələn Zaqreb klubu 2:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” matçı avqustun 28-də Bakıda keçiriləcək. Komandalar arasında avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gununsesi.info