Hüseyn Abdullayev həbsdəki vəziyyətini şeirlə təsvir etdi

  • By admin
  • 26 Avqust 2024 09:41

6 illik həbsxana həyatından sonra azadlığa çıxmağa hazırlaşan Milli Məclisin sabiq deputatı Hüseyn Abdullayev   yeni ittihamlarla üzləşib.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abdullayevin səhhətinin pis olduğu da deyilir.

 

Gununsesi.info -nun xəbərinə görə, Hüseyn Abdullayev həbsxanada yazdığı yeni  şeirində  vəziyyətini təsvir edib.

Həmin şeiri təqdim edirik:

Qəlbimdə sızlayan yaram dərindir.  Elimdən ayrıyam, gör neçə ildir.    Yanan öz anamdır, yanan içimdir. Alovnan şiddətin qarşısındayam.

 

Taqətim yox olmuş, tükənmiş gücüm Bu haqsız dünyaya qalmayıb sözüm. Nə səbrim çarədir, nə hədsiz dözüm  Ən çətin yolların ayrımındayam.

 

Vicdanım tərtəmiz, hiss etmədizmi? Gör kimə zülm etdiz, heç dəyərdimi?Keçmişim, gəncliyim heç bilərdimi?  Ölümlə qalımın ortasındayam.

 

Keçmişim, gəncliyim heç bilərdimi?Hansı əzabların qarşısındayam. Ölümlə qalımın ortasındayam.    Ölümlə qalımın ortasındayam!

 

Gununsesi.info