Şikayətim Cafecity tarqovu filialındadır.

Dünən Cafecity tarqovu ( Fontan) filialında nahara getmişdik. Sifariş edəndən 30 dəqiqə sonra ofisiant yaxınlaşdı ki, məhz sizin yemək sifarişinizdən qalmayıb, başqa seçim edə bilərsiniz. Ele seçimi edirdim ki, gəldi ki, qalıbdır birazdan verəcəyik. Bir 30 dəqiqə də keçəndən sonra da administratoru çağırdım ki, məhz biz 1 saatdi gözləyirik sifarişi niyə vermirsiz. Bir sözlə 1 saat 10 dəqiqə sonra yeməyi gətirdilər. Toyuq burgeri qap qara idi, digər yeməyi də bəyənmədik. Axırda servis haqqı ilə hesab verirlər. Yanınızdakı müştərilər də şikayət edirdilər ki, bir saatdı yeməyi niyə vermirsiz? Bir sözlə yeməklər ən azı 1 saata gəlir onu da şikayət eləsən əgər, üstelik də heçnə olmamış kimi servis haqqı ilə. Keyfiyyət də zəifdir.