İrəvan meri yerə siqaret atan vətəndaşı belə utandırdı - VİDEO

İrəvanda yayılan bir video sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Gununsesi.info xəbər verir ki, şəhərin xalq tərəfindən seçilmiş meri səhər saatlarından günortayadək zibil daşıyan əməkdaşlara qoşularaq onlarla birlikdə çalışıb.

Günün sonunda geri qayıdarkən yola atılmış siqaret kötüyünü görən mer onu yerdən götürərək atan şəxsə qaytarıb. Hadisə gülüşlə qarşılanıb və tərəflər dostcasına ayrılıblar.

Həmin görüntüləri təqdim edirik:

Günay

Gununsesi.info